7 İyun 2021 14:44
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ikinci dəfə öz milli müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyətsizlik, xaos başladı. Hər fürsəti özləri üçün göydəndüşmə hesab edən işğalçı Ermənistan isə belə şəraitdə Azərbaycan torpaqlarını qəsb etmək üçün hərəkətə keçdi. Azərbaycanda 90-cı illərin əvvəllərində yaşanan hakimiyyət böhranı, ölkə sərhədlərinin etibarlı qorunmaması ermənilərin mənfur niyyəti üçün də əsas oldu. Çünki dövlətin sərhədlərini qorumaq niyyətinin olmaması və bunun üçün heç bir ciddi addımın atılmaması düşmən işğalına açıq imkan yaratdı. O dövr hakimiyyəti qəsb etmiş qüvvələr isə ancaq öz şəxsi ambissiyalarından çıxış edir, dövlət və milli maraqları unutmuşdular.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, yenicə yaranmış bir dövlətin öz qonşuları və tərəfdaşları ilə normal münasibətlər qura bilməməsi məhz yanlış idarəetmənin, səhf siyəsətin nəticəsi idi:

“Min illiklər dövlətçilik təcrübəsi olan bir dövləti aciz və çıxılmaz duruma salmaq idarəetmədəki yanlış şəxslərin təmsilçiliyi sayəsində mümkün olmuşdu. AXC-Müsavat cütlüyünün yarıtmaz hakimiyyəti Azərbaycanda xaosa, milli ədavətə, torpaqların itirilməsinə münbit şərait yaratmışdı. Amma xalqımız bütün bu reallıqları dəyələndirərək öz xilas yolunu seçdi. Bugünkü güclü, sarsılmaz, bütöv, qalib Azərbaycanın mövcudluğu məhz xalqın öz liderini düzgün müəyyənləşdirməsi, gələcəyinə sahib çıxması sayəsində mümkün oldu. Təəssüf ki, o dövr hakimiyyətdə olmuş, məhz xalqın iradəsi ilə siyasi proseslərdən uzaqlaşdırılmış bəzi şəxslər bu gün mövcudluqlarını saxlamağa çalışır. Müxtəlif anti-milli mərkəzlərin və ermənipərəst qüvvələrin maraqları naminə ölkədə siyasi və ictimai fikir formalaşdırmağa cəh edənlər var. Bu günlərdə iki azərbaycanlı jurnalistin Kəlbəcərin Susuzluq kəndində ermənilərin basdırdığı minaya düşərək şəhid olmasına da bu ünsürlər öz maraqları müstəvisində rəy verməyə çalışır”.

Deputat sadalayıb ki, Azərbaycanın siyasi arenasında çirkin keçmişi ilə daha çox tanınan Müsavat partiyasının sədri Arif Hacılı öz “ampulasından” kənara çıxa bilmir:

“Bir zamanlar onunla eyni cəbhədə çalışmış şəxslər belə A.Hacılının kimliyini, şəxsi keyfiyyətlərini zaman-zaman mətbuat səhifələrinə daşıyıb. Son zamanlara qədər adı miqrant qalmaqalında hallanan Müsavat partiyasının sədri anidən gündəmə düşməyə çalışıb. Şəhid jurnalistlərin mənfur düşmən minasına tuş gəlməsi A.Hacılı üçün sanki göydəndüşmə bir mövzu olub. Şəxsi maraqları müstəvisində prosesi dəyərləndirməyə çalışan A.Hacılı əslində asılı olduğu mərkəzlərə də mövcudluğu haqqında mesaj verməyə çalışıb. Onun yanlış, reallıqdan uzaq “dəyərləndirmələri” isə ikrah hissi ilə qarşılanıb. 10 illiklərdir özünə Azərbaycanın siyasət müstəvisində yer tapa bilməyən bu tip indiki halda sadəcə olaraq siyasi manipulyasiyaya cəhd edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər