17 İyun 2021 16:47
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycanın Qarabağ zəfərinin reallığını qəbul etməsi və bölgədə başlayan yeni dövrü düzgün oxuması lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ermənistan da etimad yaradan addımlar atmağa başlamalıdır:

“Minalanmış ərazilərin xəritələrini Azərbaycana versə, bu istiqamətdə atılmış vacib addım olacaq. Müharibə dövründə etdiyimiz kimi, yenidənqurma işlərindən minalanmış ərazilərin təmizlənməsinə qədər hər addımda Azərbaycanın yanında olmağa davam edəcəyik.

Minaların təmizlənməsi ilə əlaqədar hazırda Türkiyədə yeni vasitələr istehsal edirik. Bu uzaqdan idarəetmə vasitəsidir. İndidən bunların 10-nu Azərbaycana verdik. Ancaq ilk növbədə bu rəqəmi 20-yə çatdıracağıq, bir-birinin ardınca bu işə davam edəcəyik.

Bu cihazla uzaqdan mina partladılır və yola davam edilir. Bunlardan özümüz də istifadə edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər