25 İyun 2021 17:40
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən günlərdə Şuşaya gedərək, orada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda qapalı stadionun açılışı mərasimindəki çıxışında bildirib.

“Ölkəmizə qurmaq istədikləri tələni yerlə yeksan etdik. Ssenariləri boşa çıxdı. Ötən günlərdə Şuşaya gedərək orada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq. İndi eyni yaxınlaşma ilə başqa yerlərdə, yeni addımların hazırlıqlarını görürük.

Əgər Türkiyə xaricdə belə güclü təhlükəsizlik qurşağı yaratmasa, vətən torpaqlarında hüzur və rifah içində yaşamağımza imkan verməzlər”, - Türkiyə prezidenti vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər