26 İyun 2021 17:29
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə dəstək verməkdə davam etməyə hazırıq".

Bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müharibə zamanı bütün saxlanılan şəxslərin azad olunması və mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır:

"Biz etimadın qurulması və digər məsələlərin həlli ilə bağlı addımlara kömək və dəstək verməyə hazırıq".

XİN başçısı qeyd edib ki, Azərbaycan və Ermənistanın cəmiyyətləri arasında etimadın qurulması çoxlu səylər tələb edəcək.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər