19 İyul 2021 16:07
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Birləşmiş Krallığın Xarici işlər naziri Dominik Rabb arasında müzakirələr aparılıb.

Teleqraf.com xəbər verir ki, müzakirələr əsasən Kipr adasındakı durum və Türkiyəyə qarşı COVID-19-la bağlı səyahət qadağaları ətrafında aparılıb.

“Xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Krallığın Xarici işlər naziri Dominik Rabb ilə bu gün Kipr və ölkəmizə qarşı COVİD-19 səyahət qadağaları ətrafında müzakirə aparıb”, - Türkiyə XİN-in məlumatında qeyd edilib.

Qeyd edək ki, son dövrlər Ankara ilə London arasına ciddi yaxınlaşma və əməkdaşlıq özünü göstərir. Prezident Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri başlayıb. Bu məqamda Ankara ilə London arasında təmasların olması məntiqidir.


Müəllif: Cavad

Oxşar xəbərlər