5 Avqust 2021 11:17
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tvitterdə bildirib.

"Milli Məclisin sədri, Baş nazirin müavini və xarici işlər nazirinin müavinlərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yola düşdü. Qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir", - deyə iranlı diplomat bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər