16 Avqust 2021 18:01
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfqanıstanda hakimiyyət dəyişikliyi, Talibanın hakimiyyəti ələ keçirməsi təbii proses deyil. Bu, razılaşdırılan gedişlərdir və Talibanın davranışları da göstərir ki, üzərinə müəyyən öhdəliklər götürüb. Bu səbəbdən də hakimiyyət əldə olunsa da artıq-əskik oyunlar oynamırlar. Mən hesab edirəm ki, burada tamam ayrı oyunlar gedir”.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, Əfqanıstanda uzun illər münaqişənin olması əslində Amerika üçün çox ağır yük sayılırdı: “Söhbət həm də böyük maliyyə xərcindən gedir. ABŞ Əfqanıstan siyasətinə azı 100 milyard dollar maliyyə xərcləyib. Ancaq ortada nəticə yoxdur. Odur ki, indi siyasətin axarı bir qədər dəyişdirilib və bu ağır yükdən ABŞ xilas olub”.

Sərdar Cəlaloğlunun fikrincə, əvvəlcə ABŞ-Taliban arasında danışıqlar aparılıb: "Tərəflər razılaşıb, bunun ardınca ABŞ Əfqanıstanı tərk edib, Taliban isə ölkəni nəzarəti altına almağa başlayıb. Belə çıxdı ki, hər şeyi Talibanın kontroluna verdilər. Böyük ehtimalla Taliban da ölkəni geriyə aparacaq. Əslində əfqan xalqı özünə hökumət seçmişdi. Amma hökuməti bu formada uzaqlaşdırmaq olmaz. Normal vəziyyətdə koalision hökumət qurulmalı idi. İndi 10 minlərlə əfqan ölkəsini tərk edir. Bu, belə olmamalı idi”.


Müəllif: Nemət

Oxşar xəbərlər