17 Avqust 2021 18:36
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş bölgələrə səfərləri mühüm tarixi əhəmiyyətə malikdir. Dövlət başçısının Kəlbəcər və Laçına səfəri, oradan verilən mesajlar xüsusi önəm kəsb edir. Çünki həmin ərazilərdə görülən işlər, elektrik stansiyalarının açılışı, çəkilən yollar, tunellər və digər zəruri infrastruktur layihələri fonunda verilən mesajın yükü olduqca böyükdür.

Bunu Teleqaf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun sözlərin görə, son zamanlar Ermənistan tərəfi Azərbaycanın sülh və quruculuq siyasətinə qarşı revanşist bir mövqe sərgiləyir:

“Sərhəd xəttində olan atəşkəs və digər təxribat halları bunu təsdiqləyir. Erməni tərəfinin məqsədi odur ki, quruculuq işləri dayansın, gərginlik artsın, Böyük Qayıdışla bağlı məsələlər bir qədər təxirə düşsün. Eyni zamanda erməni cəmiyyətinə də belə bir mesaj verilməyə çalışırlar ki, biz torpaqları Azərbaycanın zərbələri altında təhvil verdik, amma öz istəyimizdən hələ də əl çəkmirik”.

Millət vəkilinin fikrincə, işğaldan azad edilən ərazilərdə verilən mesajlar o anlamı ifadə edir ki, biz Böyük Qayıdış proqramını həyata keçiririk:

“Cənab Prezidentin Kəlbəcər və Laçına etdiyi səfərlər bu proqramın icra vəziyyətini bir daha açıq nümayiş etdirir. Azərbaycanı heç bir qüvvə bu yoldan çəkindirə bilməz. Böyük Qayıdış siyasəti elə bir güclə həyata keçirilir ki, bunun qarşını heç bir qüvvə kəsə bilməz”.

Səməd Seyidov hesab edir ki, hər hansı provakasiyalarla yeni reallığa qarşı çıxmaq mümkün olmayacaq və bunu heç kim dəyişə bilməyəcək:

“Dövlət başçısı tərəfindən bütün dünyaya kimin sülh tərəfdarı olması mesajı verildi. Eyni zamanda hansı tərəfin dağıdıcı, irqçi şovinist, islamafob yanaşmalar səgilədiyi açıq şəkildə göstərildi”.

AŞPA təmsilçisinə görə, Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, mənəvi potensialı o qədər böyükdür ki, qarşıdan dayanan bütün hədəfləri aşaraq öz arzularını reallaşdıra bilir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər