27 Avqust 2021 16:49
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Ermənistanla sərhədləri bağlamışdı və münasibətlər qurmurdu. Bunun səbəbi açıq elan olunmuşdu. Ankara açq bildirirdi ki, ermənilər işğal olunan Azərbaycan torpaqlarından çıxmayana qədər Türkiyə sərhədləri açmayacaq. Azərbaycan özü erməniləri tarixi torpaqlardan qovdu. Bundan sonra Türkiyə-Ermənistan arasındakı bu yanaşma öz əhəmiyyətini itirib”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə ilə bağlı son açıqlamasını şərh edərkən deyib.

Qeyd edək ki, Nikol Pşinyan bu gün erməni hökumətinin iclasında Türkiyə tərəfindən müsbət siqnallar gəldiyini və buna müsbət siqnalla cavab verəcəklərini bəyan edib.

Rasim Musabəyov isə deyir ki, ermənilər bir zaman zar-zar ağlayırdı, guya Türkiyə onları blokadada saxlayır, amma indi özləri türk mallarına sanksiya tətbiq edirlər: “Sanksiya qoymusan, özün bilərsən. Əslində Ermənistan səhvlərindən əl çəkməli, özü müraciət edərək Türkiyə ilə diplomatik münasibətlər qurmalı, sərhədlərin açılmasına çalışmalıdır. Əlbəttə, bunların hamısı ola bilər, sadəcə onların dediyi odur ki, sərhədi Türkiyə özü bağlamışdı, indi də açsın. Məsələlər belə formada həll oluna bilməz. Türkiyənin bu sərhədin açılmasına ehtiyacı yoxdur. Buna Ermənistanın ehtiyacı var. Özün-özünü boğursansa kəndirini bir qədər uzun elə”.

Deputat hesab edir ki, Türkiyənin də müəyyən şərtləri var: “Bəli, Sürix protokolunda yazılmışdı ki, saxta soyqırım iddiası tarixçilərin öhdəsinə buraxılmalıdır: “ABŞ sonuncu dəfə saxta soyqrımı tanıyanda Türkiyə heç buna reaksiya vermədi. Bununla Türkiyənin qarşısını almaq qeyri-mümkündür. Türkiyə bu qərarlara heç tüpürmək istəmir. Bu qərarların arxasınca ABŞ gəlib Türkiyənin sağına da, soluna da keçir. Çünki Türkiyə kimi müttəfiq hər bir dövlət üçün vacibdir”.


Müəllif: Nemət

Oxşar xəbərlər