2 Sentyabr 2021 10:17
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 15-də Azərbaycana işgüzar səfər edəcək.

O, Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında iştirak edəcək.

Səkkizinci toplantı çərçivəsində sentyabrın 16-da iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi məqsədilə Azərbaycan-Gürcüstan biznes forumu da təşkil olunacaq.

Qeyd edək ki, hər iki ölkənin baş nazirlərinin həmsədri olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci ilin dekabrın 20-də Tbilisidə baş tutub./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər