"Paksitanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur".
Teleqraf.com-un xəbərinə görə, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkəyə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovun etimadnaməsini qəbul edən zaman deyib.
Paksitan Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən humanitar layihələrin bu əlaqələrə xüsusi töhfə verdiyini qeyd edib, eləcə də iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənərək dərinləşəcəyinə əminlik ifadə edib.
A.Alvi 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edərək, Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.