29 Sentyabr 2021 16:02
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçi səfərində Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bundan əlavə nümayəndə heyətinin tərkibinə R.T.Ərdoğan administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun və mətbuat katibi İbrahim Kalın da daxildir.

Bu saatlarda Rusiya və Türkiyə liderləri ikitərəfli tərəfdaşlığın müxtəlif aspektlərini müzakirə edir, həmçinin Suriya, Liviya, Əfqanıstan və Qafqazdakı vəziyyət də daxil olmaqla beynəlxalq mövzularda fikir mübadiləsi aparırlar. Prezidentlər əvvəlcə təkbətək söhbət edəcək, sonra işçi nahar veriləcək.

Qeyd edilir ki, bu, V.Putinin 14 sentyabrda özünü təcrid etməyə başladıqdan sonra ilk üz-üzə görüşüdür.


Müəllif: Səxavət

Oxşar xəbərlər