7 Oktyabr 2021 17:04
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə dövlət üstəqilliyinin bərpa edilməsi günü kimi qəbul edilməsi tamamilə doğrudur, tarixi gerçəkliyi əks etdirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor qeyd edib ki, biz XX əsrdə ilk dəfə olaraq 1918-ci ilin mayın 28-də müstəqil dövlət qurmuşuq:

“1920-ci ilin aprelində işğala məruz qalmışıq. 1920-1991-ci illər Azərbaycan SSRİ mövcud olub. Ancaq həmin dövürdə biz müstəqil dövlət olmamışıq. İlk dəfə 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyimiz bərpa olunub”.

Millət vəkili söyləyib ki, dövlət müstəqilliyinin bərpası üçün rəsmi səviyyədə ilk addımlar, atributların qəbul olunması, cumhuriyyətin üçrəngli bayrağının qəbulu Ulu öndər Heydər Əliyevin liderliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilib”.

Musa Qasımlı hesab edir ki, belə bir qanunun qəbul edilməsi vətənpərvərlik, milli dövlətçilik hislərini gücləndirəcək və böyük əhəmiyyət daşıyacaq”.


Müəllif: Teleqraf.com