29 Oktyabr 2021 14:55
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin yaradılmasının elan edilməsi bütün türk millətinin həyatında və Yaxın, Orta Şərqdə yeni bir dönəmin başlanğıcını qoydu. Bir neçə cəbhədə savaşmasına baxmayaraq, türk milləti düşmənlər üzərində qələbə qazandı və özünün indiki sərhədlərini bərpa etdi.

Bunu Teleqraf.com-a AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Professor qeyd etdi ki, türk xalqının cümhuriyyətə qədər qazandığı hər bir qələbə Azərbaycanda böyük çoşqu ilə bayram edilib: “Cəbhədəki hər bir qələbə xəbərindən sonra Bakıda, Gəncədə, Naxçıvanda, Tiflisdə və digər yerlərdə qurbanlar kəsilib, sovet hakimiyyəti olmasına baxmayaraq, eyvanlardan Azərbaycan, Türkiyə bayraqları yanaşı asılıb”.

Millət vəkili bildirib ki, türk millətinin istiqlal savaşında azərbaycanılar da iştirak edib: “Bu gün Türkiyə dünyanın 20 güclü dövlətləri cərgəsindədir. Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. Münasibətlərimizi bu səviyyəyə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gətirib çıxarıb”.

Musa Qasımlıya görə, ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan və Türkiyə bir yerdə olduqları, bərabər addımladıqları, bir-birinə qucaq açdıqları zamanlarda həmişə istəklərinə nail olublar”.


Müəllif: Tapdıq Qurbanlı