4 Noyabr 2021 18:34
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcək üçün tədbirlərin görülməsi çox vacibdir. Pandemiya ilə mübarizədə peyvəndləmə diqqətdə saxlanılmalıdır. Çünki bu, pandemiyadan yeganə çıxış yoludur..

Bunu Teleqraf.com-a açıqlamasında İsrailin sabiq Baş naziri Ehud Barak “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"na dair təəssüratlarını bölüşərkən deyib.

Onun sözlərinə görə, əsas diqqət iqlim dəyişikliyi məsələsinə yönəldilməlidir: "Külli miqdarda vəsait ayırmaq lazımdır ki, vəziyyət mümkün qədər qaydasına düşsün. Hazırda süni zəkanın inkişaf etdirilməsinin şahidiyik. Bu da məhsuldarlığın artması deməkdir. Məhsuldarlığın artması da inflyasiyasının qarşısının alınmasına müsbət təsir göstərəcək”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər