Türkmənistan xarici işlər nazirinin müavini Vəpa Hacıyev Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilən sonuncu sammiti ilə bağlı mühüm açıqlama verib.
Teleqraf.com xəbər verir ki, diplomat sammitin Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə qarşılıqlı fəaliyyətində dönüş nöqtəsi olduğunu deyib.
Onun sözlərinə görə, bu çərçivədə üzv dövlətlər arasında iqtisadiyyat, ticarət, investisiya, ekologiya, elm və müxtəlif sahələrdə birgə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Hacıyev qeyd edib ki, Türk Dövlətləri Təşkilatı mühüm regional təşkilat kimi dünya xalqlarını mədəni dəyərlərlə birləşdirən, ölkələr arasında insani münasibətləri gücləndirir.