23 Noyabr 2021 12:42
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında müharibə vəziyyətində Rusiyanın mövqeyini tarixən formalaşmış gözləntilər deyil, strateji prioritetlər müəyyən edirdi.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasi elmlər namizədi, “Ali iqtisadiyyat məktəbi” Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzi Elmi Tədqiqat Universitetinin elmi rəhbəri, “Valday” Beynəlxalq Diskussiya Klubunun proqram direktoru Timofey Bordaçov “Rusiya qlobal siyasətdə” jurnalında dərc olunan “Nə ana, nə ögey ana” məqaləsində yazır.

“Məlum hadisələr zamanı Azərbaycanın yanında Qərblə münasibətləri o qədər mürəkkəb olan Türkiyə var idi ki, Ermənistanın məğlubiyyəti nəticəsində nə Avropanın, nə də ABŞ-ın mövqelərinin möhkəmlənməsindən danışmaq mümkün deyil. Qərarlarında müstəqil olan Ankara uzun müddətdir ki, Rusiyanın tərəfdaşıdır. Bu, Moskvaya türk aktivliyinin Rusiya və ya İran tərəfindən hər zaman balanslaşdırıla biləcəyinə əmin olmağa imkan verir”, - politoloq yazır.

“Rusiyanın qonşularında nə Moskvanın onların sədaqətinin əvəzini ödəyəcəyi illüziyası, nə də ümumi geosiyasi məkanda qüvvələrin obyektiv uyğunlaşmasına göz yuma biləcəyi ümidi olmamalıdır. Bu anlayış gələcəkdə Rusiyanı tarixən meqapolis kimi qəbul etmə qavrayışını aradan qaldırmağın ən etibarlı vasitəsi olmalıdır. Suveren qərarlar qəbul etmək qabiliyyəti tarixi təcrübəyə deyil, öz mövqeyini rasional qiymətləndirməyə əsaslanan davranış deməkdir. Rusiya da öz növbəsində Qərblə münaqişəsinin hərbi münaqişənin təhlükəli sərhədini keçməməsinin qayğısına qalaraq bu qabiliyyəti artıq bütün dünyada nümayiş etdirir.

Uzunmüddətli perspektivdə uğur əldə etmək üçün Rusiyanın ətraf bölgədəki xarici siyasəti qaçılmaz olaraq konkret məqsəd və vəzifələrin daim nəzərdən keçirilməsini tələb edəcək. Onların məzmunu həmişə daha geniş mülahizələrdən, məsələn, qlobal güc balansının dinamikasından və ya orta oyunçularla (Avropa, Türkiyə, İran) münasibətlərdən, eləcə də qonşuların daxili təkamülündən asılı olacaq”, – Timofey Bordaçov bildirib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər