26 Noyabr 2021 20:36
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən “ZəfərimİZ” adlı kampaniya çərçivəsində Milli Məclisin deputatı Ramin Məmmədovla “Postmüharibə dövründə Azərbaycan gəncliyinin vəzifələri” mövzusunda görüş baş tutub.

“Davam” Gənclər Hərəkatından Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Ramin Məmmədov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışıb, postmüharibə dövründə Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələrdən bəhs edib. Diskussiya formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, o cümlədən mövzu ilə bağlı fikirləri dinlənilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər