Rusiyanın Moskva şəhərində "3+3" formatı görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin Tvitter hesabında paylaşım edilib.
Bildirilib ki, İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Əlirza Həqiqiyan ölkələr arasında "3+3" formatında əməkdaşlığı dəstəkləyib.
O bildirib ki, "3+3" formatı İran İslam Respublikasının regional siyasətlərinə uyğundur.
Qeyd edək ki, ötən gün Moskvada “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib.