13 Dekabr 2021 15:40
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“3+3” formatını Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan irəli sürüb. Bu format regionda kommunikasiyaların açılmasını, bütün sahələrdə əməkdaşlığı, inkişaf və rifahı nəzərdə tutur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor bildirib ki, Gürcüstan bəlli səbəblərə görə, bu formata qoşulmur: “Çünki Gürcüstanda Abxaziya, Sxinvali problemləri var Bunun problemlərin səbəbkarı bəlli olduğundan bu ölkə “3+3” formatına soyuq yanaşır. Amma ümumilikdə bu format Rusiya və İran tərəfindən də müsbət qarşılanıb. Bu istiqamətdə Moskvada keçirilən ilk görüş də mühüm olub”.

Millət vəklinə görə, “3+3” formatı Ermənistanın da faydasınadır: “Çünki bu regionun gələcəyi qarşıdurma ilə bağlı deyil. Bölgənin gələcəyi əməkdaşlıqdan keçir. Ona görə də Moskvada keçirilən ilk görüş müsbət xarakterizə edilir. Təbii ki, bir görüşdə hər şeyi əldə etmək mümkün deyil. Bu proses tədricən olacaq. Uğur gətirəcəyi də inandırıcıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər