“Bu qanun layihəsi qanuvericilik baxımından mükəmməl işlənib. Qanunda konkret olaraq bu qanunla tənzimlənməyən məsələlərlə bağlı digər qanunlara istinad edilib. Eyni zamanda bizim İnsan hüquq və azadlıqlarına dair konstitusiya qanunumuz var. Bu qanuna da istinad olunur”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı vitse-spiker Əli Hüseynli deyib.
Komitə sədri əlavə edib ki, bu qanun Milli Məclisin xüsusi diqqətində olub: “Əgər qanun birinci oxunuşdan keçərsə, növbəti mərhələdə yenidən ictimai müzakirə təşkil ediləcək”.
Spiker Sahibə Qafarova deyib ki, qanun layihəsi yenidən icimai müzakirədən keçəcək: “Mən bu barədə Zahid Orucla danışmışam”.