“Mən həmkarlarımı bu qanun layihəsinə səs verməyə dəvət edirəm”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, qanunla media subyektlərinin reyestrinin yaradılması çox müsbət haldır: “Hesab edirəm ki, buna narazılıq edənlər məsuliyyətdən qaçmaq istəyənlərdir”.
Hikmət Babaoğlu həmçinin deyib ki, qanunda vahid jurnalist vəsiqəsinin nəzərdə tutulması da mütərəqqi addımdır: “Mən düşünürəm ki, bu iki istiqamət neqativ tendensiyaya qarşı səmərəli mübarizə platforması yaradacaq”.