4 Yanvar 2022 15:09
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci il 2020-ci ildəki uğurların davamı kimi xarakterizə edilə bilər. Çünki 2020-ci ildə dövlətimiz, xalqımız üçün çox böyük tarixi uğura imza atıldı. Vətən müharibəsində yüz illərlə həsrətində olduğumuz qələbəyə nail olundu. Məhz 2021-ci ildə də bu tarixi qələbənin siyasi, diplomatik müstəvidəki yaratdığı reallıq özünü daha açıq şəkildə göstərdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycan iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə qazanmış olduğu tarixi qələbənin yaratdığı reallığa uyğun qarşılanıb:

“Bu baxımdan 2021-ci ildə azad edilmiş torpaqlarımızda quruculuq-abadlıq işləri geniş vüsət almağa başladı. 30 ilə yaxın erməni vandalları tərəfindən talan edilmiş bölgələrimizə yeni həyat qayıdır. O ərazilərdə çox böyük yenidənqurma işləri icra edilir. Hədəf qısa zamanda Böyük Qayıdışın təmin edilməsidir”.

Millət vəkili hesab edir ki, ötən il bütün dünya Azərbaycanın quran, yaradan, mədəniyyət formalaşdıran obrazı ilə bir daha tanış oldu:

“Azərbaycanın müharibədəki innovativ yanaşmaları sabitlik dövründə də özünü göstərir. 8 ay müddətində Füzulidə beynəlxalq səviyyəli hava limanının sərnişlərin istifadəsinə verilməsi tarixi hadisədir. Bu baxımdan 2021-ci ildə Azərbaycan bölgədə və qlobal miqyasda yeni geosiyasi reallıqlar yaradan bir ölkə kimi tanınıb”.

Vüqar İskəndərov qeyd edib ki, ötən il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması isə sırf qarşı tərəfin pozucu niyyətindən baş tutmayıb:

“Amma ötən il keçirilən Soçi və Brüssel görüşlərində Azərbayucan lideri özünün diplomatik məharəti ilə bir daha dünyanın diqqəti cəlb etmişç oldu. Bu amil isə post-müharibə dövründə Azərbaycanın öz maraqlarının ən yüksək səviyyədə təminatına əsas yaradır. Sözsüz ki, sülhün əldə olunması mühümdür. Azərbaycan diplomatiyasi bu istiqamətdə səylərini davam etdirir. Amma qısa zamanda ölkəmiz bölgədə dayanıqlı sülhün təminatına nail olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər