11 Yanvar 2022 12:55
2 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bütün imkanlarımızla Qazaxıstanın yanındayıq, bütün imkanlarımızı səfərbər etməyə hazırıq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib.

Çavuşoğlu bildirib ki, türk dövlətləri ailəsi bu çətin anda Qazaxıstanın yanındadır:

"Bu gün vəziyyətin nəzarətə götürülməsindən məmnunuq. Qardaşımız Əlixan İsmayılovun yeni Baş nazir təyin olunmasından şadıq. Qazaxıstanda sülh və sabitlik region üçün də vacibdir. Qazax xalqının da aktual problemlərə həll yolları tapmaq üçün birlik və həmrəyliyə töhfə verəcək sağlam düşüncəsi var. Türk Dövlətləri Təşkilatı olaraq bu gün verəcəyimiz bəyanatlarda və qəbul edəcəyimiz ortaq bəyannamədə əsas mesajımız belədir: Böyük Türk dünyasının yanındayıq. Tam dəstəyimiz var."

Daha sonra Çavuşoğlu deyib: "Türkiyə Cümhuriyyəti olaraq əvvəldən Qazaxıstanın səlahiyyətli orqanları ilə əlaqə saxlayırdıq. İctimaiyyyət hadisələri yaxından izləyirdi və bir millət olaraq narahat idik. Cənab prezidentimiz ölkə rəhbərləri ilə, xüsusən Tokayevlə, bundan baqa Türk Dövlər Birliyinə üzv dövlət başçıları ilə əlaqə saxlayırdı.

Türkiyədə bir çox təşkilatlar və mühüm şəxsiyyətlər, xüsusən mənim rəhbərlik etdiyim nazirlik qardaş Qazaxıstana dəstək bəyanatları verdi. Bu çətin gündə də qardaşlarımızın yanındayıq”.

Mpvlud Çavuşoğlu bildirib ki, türk dövlətləri Qazaxıstanın bu sınaqdan daha güclü çıxması üçün həmrəy olmalıdır: “Qazax qardaşlarımızın ehtiyaclarına səmərəli və birlikdə cavab verməliyik. Türk dünyasının məşhur şairi Abay Kunanbayın dediyi kimi, “uğurun mənbəyi birlikdir, birlik olmazsa sülh olmaz”.

İstanbul sammitində qəbul etdiyimiz “Vizion-2040” sənədi də daxil və xarici çağırışlarda lazımı birlik və həmrəyliyi özündə əks etdirir. Bu kontekstdə təşkilat olaraq irəli sürdüyümüz daha çox siyasi və iqtisadi inteqrasiya istiqamətində atdığımız addımları sürətləndirməliyik.

İnkişaf və əməkdaşlıq üçün təhlükəsizlik və sabitlik vacibdir. Biz təşkilatımız daxilində təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını daha mütəşəkkil və institusionallaşdırmalıyıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər