18 Yanvar 2022 16:48
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur.

Bunlar “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” və s. qanun layihələridir.

Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər