Rusiyanın xarici işlər naziri Sergey Lavrovla MDB ölkələrinin Rusiyadakı səfirləri arasında ənənəvi görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
“Söhbət zamanı MDB çərçivəsində 2021-ci ildəki çoxşaxəli əməkdaşlıqla bağlı yekunlar müzakirə edilib, gələcəklə bağlı MDB-də xarici siyasətin daha çox əlaqələndirilməsini əsas götürən başlıca vəzifələr müəyyənləşdirilib”, - açıqlamada qeyd olunur.
Görüşdə, həmçinin əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.