31 Yanvar 2022 14:18
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın gələcəkdə İran, Azərbaycan və Türkiyə təmsilçilərinin Tehranda görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

Görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

İran XİN rəsmisi görüşün dəqiq tarixini açıqlamayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər