4 Fevral 2022 14:41
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfirliyi 7-11 fevral 2022-ci il tarixində Moskvada keçiriləcək “Prodekspo-2022” beynəlxalq ərzaq sərgisində iştirakı nəzərdə tutulan “Биэйдж Бренди Компани” erməni şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı müxtəlif KİV və sosial şəbəkələrdə yayılan məlumatla bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir: "3 fevral 2022-ci il tarixində Səfirliyin məsul diplomatları məsələ ilə əlaqədar sərginin keçiriləcəyi “Eksposentr” Mərkəzi Sərgi Kompleksinin müvafiq rəhbər işçiləri ilə görüş keçirmişlər. Görüşdə “Биэйдж Бренди Компани” şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı yayılan xəbərlərin narahatlıq doğurduğu diqqətə çatdırılmış və adıçəkilən şirkətin sərgidə iştirakının qəbuledilməzliyi vurğulanmışdır. Cavab olaraq bildirilmişdir ki, həmin şirkətin təqdim etdiyi sənədlərdə şirkət Yerevanda göstərilən ünvan üzrə qeydiyyata alınmış, “Prodekspo” saytında isə “Artsax” və ya “Dağlıq Qarabağ”ı əks etdirən hər hansı yazı və simvollar mövcud deyil. Qeyd edilmişdir ki, sözügedən şirkətin baş ofisinin “Ermənistan, Artsax (Dağlıq Qarabağ), Stepanakert, Tumanyan küç., ev 50”də qeydiyyatda olması erməni informasiya saytı “spyur.am”da verilmiş, 2 həmin saytda son yenilənmə 16 mart 2021-ci il tarixini göstərir ki, bu məlumat da hazırki vəziyyəti əks etdirmir. Xüsusi olaraq vurğulanmışdır ki, xoşagəlməz halları istisna etmək üçün müvafiq tapşırıqlar verilmişdir. Qeyd edilən məlumat bir daha yoxlanılacaq və öz təsdiqini tapacağı təqdirdə, həmin şirkət sərgiyə buraxılmayacaqdır", - məlumatda deyilir.

Bildirilir ki, məsələ Səfirliyin xüsusi nəzarəti altındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər