18 Fevral 2022 20:12
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloggerlər və səyyahlarla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

“Üçgünlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, - H.Hacıyev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər