Azərbaycanın Xarici İşlər Nazirliyində Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilir.
Bu barədə Teleqraf.com Azərbaycan XİN-in tviterdəki rəsmi səhifəsinə istinadən xəbər verir.
Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iştirak edir.
Xatırladaq ki, Azərbaycan və ABŞ arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub. 1992-ci il martın 17-də ABŞ-ın Bakıda səfirliyi açılıb.