Rusiya prezidenti Vladimir Putin bildirib ki, nə qədər çətin olsa da, Rusiya öz inkişafını davam etdirəcək, bütün ölkə ərazisində nəqliyyat və logistika infrastrukturu gücləndiriləcək.
Teleqraf.com rus mediasına istinadən bildirir ki, Prezident Putin bunu yeni “Marşal Rokossovski” gəmisində bayrağın qaldırılması mərasimində bildirib.
O deyib ki, nə qədər çətin olsa da, biz mütləq inkişafımızı davam etdirəcəyik, bütün ölkə ərazisində nəqliyyat və logistika infrastrukturunu gücləndirəcəyik”.
Prezident həmçinin qonşu ölkələri Rusiya ilə münasibətləri gərginləşdirməməyə və pisləşdirməməyə çağırıb.