ABŞ Dövlət Departamenti Azərbaycana maliyyə dəstəyi qismində 9,1 milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirir.
Teleqraf.com bu barədə Dövlət Departamentinə istinadən məlumat verir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan üçün ayrılmış maliyyələşdirmənin həcmi 8,3 milyon dollar təşkil etmişdi.
ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsinə əsasən, Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.
Dövlət Departamentinin məlumatına əsasən, 2023-cü ildə Gürcüstana 88,02 milyon dollar, Ermənistana 23,4 milyon dollar yardımın ayrılması nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycanda hərbi təlimlərin keçirilməsinə dəstək məqsədilə 600 min dollar vəsaitin ayrılması planlaşdırılır.