Avropa Şurası Parlament Assambleyasının plenar iclasında “Əlilliyi olan şəxslərin deinstitusionalizasiyası” müzakirələr təşkil edilib. Deinstitusionalizasiya prosesi əqli qüsurlu şəxslərin psixiatrik xəstəxanalar kimi müəssisələrdən öz ailələrinə və ya icma əsaslı evlərə köçürülməsi böyük əhəmiyyət daşıyır. O, həmçinin bu qəbildən olan uzunmüddətli siyasətləri icra edərkən diqqətli planlama aparılması vacibdir. Əks halda evsizlik, marjinallaşma və reinstitusionalizasiya kimi problemlərdən qaçılmaz mümkün olmayacaq.
Teleqraf.com-a xəbər verir ki, bunu Avropa Şurasının Parlament Assambleyasının plenar iclasında Milli Məclisin seputatı Könül Nurullayeva deyib.
Millət vəkili çıxışında “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı”nın icrası çərçivəsində 2014-cü ildən həyata keçirilən bir sıra uğurlu layihələrdən bəhs edib. Bu məsələnin həll olunması istiqamətində tövsiyələrini irəli sürən millət vəkili xüsusilə psixo-maarifləndirici proqramların təşkil olunması və psixi sağlamlıq qruplarının yaradılmasının önəminə toxunub.