8 Avqust 2022 20:37
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.

“Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib”, - məlumatda qeyd olunur.


Müəllif: Teleqraf.com