4 Oktyabr 2022 21:58
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu 27 il davam edən işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti nəticəsində iki il öncə oktyabr ayının 4-də düşmən işğalından azad olmub. Cəbrayılın işğaldan azad olunması ilə düşmənə növbəti dəfə ağır zərbə vuruldu. Bu mənada məhz “Böyük Qayıdış” Cəbrayıldan başlaması da mühüm tarixi əhəmiyyətə malik idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cəbrayıl Cocuq Mərcanlı kəndi işğaldan azad edilib: “Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmub. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etdi. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Beləki, 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı”.

Millət vəkili bildirib qeyd edib ki, 1993-cü ilin avqustun 23-də erməni işğalına məruz qalan Cəbrayılın 27 il ərzində bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilib: “Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri məhv edilib eyni zamanda Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi barbarlığın qurbanı olub. Rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilib. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi və dövlətimizin gücü sayəsində dağıdılmış bütün tarixi abidələr yenidən bərpa olunacaq”.

Tamam Cəfərova Ali Baş Komandan tərəfindən üçrəngli bayrağımızın tarixi Xudafərin körpüsündə ucaldılmasının tarixi əhəmiyyətindən bəhs edib: “Bu hadisə Azərbaycan xalqı üçün qürur və fəxarət idi. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Çünki Azərbaycanın əbədi və əzəli torpaqlarının düşmən işğalından azad olunması xalqımızın şərəfli tarixinin ən mühüm hadisələrindəndir. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır.

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Cəbrayıl rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Prezident İlham Əliyev iki ildə 4 dəfə Cəbrayıl rayonuna səfər etməsi yaradılan infrastruktur obyektləri, təməlqoyma mərasimləri, yəyata keçirilən bərpa-quruculuq işlərinin əhəmiyyətindən xəbər verir. Tezliklə Cəbrayıla öz ata-bab yurdlarına qayıdan cəbrayıllılar üçün burada bütün zəruri yaşayış imkanları yaradılır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər