5 Oktyabr 2022 19:00
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son hərbi qarşıdurmadan sonra Prezident Ərdoğanla Paşinyan arasında görüş baş tuta bilər. Ehtimal edirəm ki, görüş zamanı tərəflər hərbi insidentlərin qarşısını almaq məsələsini müzakirə edə bilərlər. Çünki bəzi qüvvələr maraqlıdır ki, sülh sazişi bağlanmasın və qarşıdurma davam etsin. Digər maraqlı məqam Putinin Ərdoğan-Paşinyan görüşünə münasibətidir. Biz bu görüşün öncədən Ərdoğan-Putin təmasları zamanı müzakirə edilib-edilmdiyini bilmirik. Amma aydındır ki, indi rusların durumu o qədər də ürəyaçan deyil. Ukrayna ordusu bu gün də yeni yerləri azad edib. Bu baxımdan Moskvanın başı daha çox müharibəyə qarışıb. Ancaq tərəflər arasında fərq də var. Məsələn, Ərdoğan görüşdən sonra sülh sazişinin imzalanması üçün fikirlərini Azərbaycana çatdıra bilər. Amma Ermənistan söhbətləri gizli formada aparmaq istəyir. Halbuki bu alınmır, Paşinyan bir addım atan kimi hamı xəbər tutur”.

Bu sözləri Teleqraf.com-a politoloq Əli Abbasov deyib.

O xatırladıb ki, buna qədər Ermənistan və Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr ayrılıb: “Hətta təklif olub ki, xüsusi nümayəndələr Türkiyə və ya Ermənistanda görüşərək məsələləri müzakirə etsin. Qısacası onlar istəyirlər ki, formatı beynəlxalq plarformadan lokal mərhələyə keçirsinlər. İndiyə qədər bu baş tutmayıb. Görək Praqa görüşündən sonra hansı addım atılacaq.

İkincisi,Türkiyə hər zaman deyib ki, atdığı addımları Azərbaycanla müzakirə və məsləhət edir. Məsələn, Praqa görüşündə üçlü formatda-Türkiyə-Azərbaycan-Ermənistan arasında görüşlərə razılıq verilsə, irəliyə doğru addım olardı. Çünki bu məsələyə nə qədər xarici vasitəçilər təsir edirsə, bir o qədər pisdir. Burada formatı aşağı salsalar daha yaxşı olar. Odur ki, nələrsə gözləmək olar”.

Əli Abbasov qeyd edib ki, Ermənistan və Türkiyə arasında belə formatda görüş ilk dəfədir: “Əgər uğurlu keçsə, deməli, hansısa addımlar atıla bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər