Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı nümayəndəliyin rəhbəri Peter Mixalko tviter hesabında paylaşım edib.
“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir! Azərbaycana sülh və əmin-amanlıq arzu edirik”, - Peter Mixalko sosial şəbəkə hesabında yazıb.