Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Yaponiyada Naqasaki meri ilə görüşərək, ikitərəfli əlaqələrin inkişafı müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Tvitter hesabında bildirib.
“Yaponiyanın Hiroşima şəhərinə səfər çərçivəsində Naqasaki meri ilə görüş keçirilib və ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.
Daha sonra Hiroşima Sülh Memorial Muzeyinə səfər olunub və məşhur “Asahi Şimbun” qəzetinə müsahibə verilib”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.