4 Noyabr 2022 18:14
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin İrana qarşı sanksiyaları mövcuddur. Bu sanksiyalara Avropa İttifaqına üzv olmayan digıe ölkələrin qoşulmasına Qərb tərəfindən məcburiyyət tətbiq edilmir. Amma bütövlükdə Qərb ölkələrinin sanksiyalar tətbiq edilən dövlətlə sıx əməkdaşlığı tövsiyə olunmur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, hazırda İranla Ermənistan arasında iqtisadi əlaqələr genişlənir: “İran artıq Qafanda, Azərbaycanla sərhədin 2 km-də konsulluq açıb. Eyni zamanda İran Ermənistana mavi qaz nəqlini iki dəfə artırmaq niyyətindədir. Bununla yanaşı Ermənistanla ümumi ticarət dövriyyəsinin 2023-cü ildə 700 milyon dollar olacağı proqnozlaşdırılır.

Hətta Tehran bu rəqəmləri yaxın illər üçün 3 milyard dollara qədər artırmaq niyyətindədir. Bu ondan xəbər verir ki, İran tərəfindən Ermənistanla əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılır”.

Millət vəkili hesab edir ki, sanksiya tətbiq edilən ölkə ilə Ermənistanın əməkdaşlığı fonunda Qərbin buna reaksiya verməsi vacibdir: “Çünki praktiki olaraq Ermənistan Qərbin sanksiyalar tətbiq etdiyi ölkə ilə əməkdaşlığı genişləndirir. Sanksiyalara qoşulmaq məcburi xarakter almadığı üçün bu istiqamətdə hər hansı qadağanedici tədbirlər yoxdur.

Amma Ermənistan-İran yaxınlaşması birmənalı şəkildə buna Qərbin də münasibətinin olmasınını vacibliyini gündəmə gətirir. Nəticə etibarı ilə Qərb də diplomatik və digər kanallardan istifadə yoluyla sanksiyalar tətbiq edilmiş ölkə ilə əməkdaşlığın bu səviyyədə gücləndirilməsində maraqlı olmamalıdır. Bunu da açıq şəkildə nümayiş etdirməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər