Azərbaycan və Ermənistan sülh üçün ciddi səylər göstərir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays noyabrın 7-də Vaşinqtonda baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanatında bildirib.
“Dövlət katibi Entoni Blinken davamlı sülh sazişinə doğru irəliləyişi asanlaşdırmaq məqsədilə noyabrın 7-də Bleyer Hausda birbaşa müzakirələr aparmaq üçün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Dünən keçirilən görüş Azərbaycan və Ermənistanın intensivləşdirilmiş dialoq vasitəsilə sülhə ciddi səy göstərdiyini vurğulayır.
ABŞ sülhün olduğu Cənubi Qafqaz regionunu dəstəkləməyə sadiq qalır”, - bəyanatda qeyd olunub.