İran tarix boyu Azərbaycan-Türkiyə münasibətlərinə çox qısqanclıqla yanaşıb. Bu, əslində yeni bir şey deyil. İran hər zaman çalışıb ki, güclü Azərbaycanı zərərsizləşdirsin. XV əsrdən bəri bu siyasət davam edir. Son 500 ilə baxsaq görərik ki, İran heç cür Azərbaycanın uğurlarını özünə sindirə bilmir. Əslində isə 656-cı ildə Sasanilər dövləti dağıldıqdan sonra heç yerdə İran adı çəkilməyib.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
Onun fikrincə, Azərbaycan mətbuatında və ədəbiyyatında Persiya sözünün İran kimi tərcümə edilməsini anlamaq olmur:
“Çünki persiya-İran demək deyil. İran 1925-ci ildə yaranıb və belə adlanmağa başlayıb. Bu dövlətin vur-tut 97 yaşı var. Heç yüz yaşı da olmayıb. 1925-ci ildə Pəhləvilər hakimiyyətə gələndə areanes sözündən İran düzəldiblər. Ona qədər bu ad Persiya adlanıb. Persiya farsların öz dilində küçə itinə deyilir. Bu adı onlara Makedoniyalı İskəndər verib. Eramızdan əəvvəl III əsrdə Makedoniyalı İsgəndərin bura yürüşü zamanı bu ad ortaya çıxıb. Çünki peris latıncada it hürən yer deməkdir.
Plutarxın Makedoniyalı İsgəndər haqqında əsəri var. Burada da parsların kim olduğu açıq şəkildə göstərilir. Tarixdə Əhəmənilər və Sasanilər dövlətininin adı var. 656-cı ildən 1928-ci ilə qədər farsların heç bir dövləti olmayıb. Burada 300 ilə qədər ərəblərin hakimiyyəti mövcud olub. Həmin ərazidə Səlcuqlar, Salarilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Qacarlar türk sülaləsinin hakim olduğu dövlətlər idi. Ona görə də İran indiki halda heç cür Azərbaycan və Türkiyəni qəbul edə bilmir.
Molla rejimi zaman-zaman çalışıb ki, türkləri bir-birinə qarşı qoysun. Bu gün də həmin siyasəti davam etdirirlər. Azərbaycanda orta məktəb dərsliklərində və akademik vəsaitlərdə Persiya İran kimi tərcümə edilir. Amma nədənsə o ərazidə olmuş türk dövlətlərinin adı çəkilmir. İranın da əsas məqsədi odur ki, bu ərazidə olmuş türk dövlətlərinin adı heç yerdə deyilməsin. Beləliklə də hamı İran desin”.
Politoloq İranın Persiya adından imtina etmə səbəbinə də aydınlıq gətirib:
“İranlılar genetik xüsusiyyətinə, etno quruluşuna görə daha çox hindlilərə yaxındırlar. Onlar əslində Hindistan qaraçıları kimi bir şeydir. Dünyanı axtarsan cəmi 15 milyon təmiz fars tapmaq olar. Amma bunlar şişirdib sayı 45 milyona çatdırıblar. İddia edirlər ki, 45 milyon fars indiki İran ərazisindədir. 5 milyon fars isə guya Amerikada yaşayır. Sadəcə olaraq İranın türkə qarşı olan kompleksi indiki mənzərəni ortaya çıxarıb.
Bu mənada Ermənilərin türkə qarşı olan kompleksi farslarla üst-üstə düşür. Ona görə də farslarla ermənilərin arzuları, istəkləri eynidir. Çünki eyni kökdəndirlər. Bu gün Ermənistanda nə qədər müsəlman soyadlı erməni varsa, onlar fars kökənlidir. Onlar bu əraziyə 1828-ci ildən sonra gəliblər. İranın Azərbaycan-Türkiyə münasibətlərinə qısqanclıqla yanaşmasının əsas kökündə türkə qarşı natamamlıq kompleksi dayanır. Bu səbəbdən də türkü özlərinə düşmən bilirlər. İranın 85 milyon əhalisindən cəmi 15 milyonu farsdır. İranda hakimiyyətə gələn bütün prezidentlər ilk olaraq Ərdəbilə gəlib dövləti idarə etməklə bağlı sanki bir kurs keçirlər”.
Cümşüd Nuriyev deyib ki, İranda hakimiyyətdə olanlar ən azından son 42 ilin tarixinə nəzər salsınlar:
“Çünki İranı dövlət kimi ayaqda saxlayan türklərdir. İndi də onlar türk şəhərlərini farslaşdırmağa çalışırlar. Orada olan türk başlıları farsbaşlı ediblər. Həmədan, İsfahan, Qəzvin türk şəhəri olub. Təəssüf ki, biz də İranla bağlı məsələlərə çox gec reaksiya vermişik. Amma bugünkü imkanlarla bir çox işləri görə bilərik.
Azərbaycan mediasının imkanları böyükdür. Özəl və dövlət telekanllarında, internet məkanlarında iranşunasların çıxışı təmin edilməlidir. Cənubi Azərbaycandan dostlarım mənə şikayət edirlər ki, siz siyasi cəhətdən danışanda İranda bizə dəstək olanlar akademik Azərbaycan dilini başa düşmür. Çünki şüuraltı o qədər fars təbliğatı aparılıb ki, onlar elə farsca düşünürlər. İranda yaşayan türklərin isə dilləri ancaq məişət səviyyəsində qalıb”.