3 Dekabr 2022 09:05
2 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Ermənistan tərəfindən həm şərti sərhəd xəttində, həm də rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təxribatlar intensiv xarakter almağa başlayıb. Bu təxribatlar, görünür, ermənilərlə rusların birgə planı əsasında həyata keçirilir. Məqsədləri ərazidə ciddi insidentin baş verməsinə nail olmaqdır. Bu cür insidentdən sonra bunun Qərb və ATƏT müşahidə missiyası tərəfindən qeydə alınmasına hesablanmış bir cəhddir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O hesab edir ki, bu təxribatların digər bir məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əraziyə gətirilməsinə nail olmaqdır: “Ona görə də, burada başqa bir səbəb axtarmağa ehtiyac yoxdur. Artıq bir neçə gündür ki, Azərbaycanın Müdafiə Nazirliyi çox böyük təmkin və səbrlə Rusiya tərəfinə bildirir ki, “siz ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmalısız”. Çünki burada olan yaşayış məntəqələrinin əsl adları Rusiya tərəfinə təqdim edilib. Amma bütün bunların fonunda onlar hələ də öz bildiklərini edir. Hələ üstəlik də bir çox məsələlərdə heç bir əsas olmadan Azərbaycanı günahlandırırlar”.

Hərbi ekspertin fikrincə, Ermənistan tərəfindən təxribatların xarakteri geniş və ciddi qarşıdurma fonunda sülh prosesinin qeyri-müəyyən vaxta qədər təxirə salınmasına nail olmaqdır: “Bununla da ərazidə sülhməramlıların qalma müddətinin uzadılması təmin edilməsini istəyirlər. Elə bir görüntü yaratmağa çalışırlar ki, sülhməramlılar olmasa, burada böyük qarşıdurma olar. Məhz belə bir absurd mənzərə formalaşdırmağa can atırlar”.

Üzeyir Cəfərov Türkiyə-Rusiya Monitorinq Mərkəzinin indiki vəziyyətdə sabitliyə necə təsir etmək imkanlarına da aydınlıq gətirib: “Çox təəsüflər olsun ki, bu qədər vəsait həmin Mərkəzin saxlanılmasına sərf edilir. Bu qədər generalların, polkovnikin, əsgərlərin orada qalmasına ehtiyac yox idi. Əslində onlar heç bir iş görmürlər. Sadəcə olaraq Dövlət Statistika komitəsi kimi bu Monitorinq Mərkəzi də orada hesabat aparır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər