16 Mart 2023 18:55
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə 38 nəfər Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric olunub.

YAP mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, bu barədə qərar bu gün YAP İdarə Heyətinin videokonfrans formatında iclasında qəbul edilib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı və Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər. 38 nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.


Müəllif: Teleqraf.com