Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Prezidenti İsaaq Hersoqa qonaqpərvərliyə görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, o bu barədə tviterdə yazıb.
“İsrailə rəsmi səfərim çərçivəsində Azərbaycanla İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olundu”, - nazir bildirib.
Qeyd edək ki, bu gün İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib.