11 Aprel 2023 10:52
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Vaşinqtonda görüşə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” nəşri Ermənistanın Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Diplomatik mənbə qeyd edir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşün Brüsseldə keçirilməsinə çalışır, lakin danışıqların Vaşinqton meydançasında davam edəcəyi gözləntisi var: “Blinken görüşün təşkili ilə bağlı aktiv işləyir. Görüş may ayının ikinci yarısında ola bilər”.//Publika.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər