12 Aprel 2023 16:47
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.

“XİN rəhbərləri ilə aparılan konstruktiv danışıqlardan sonra mən də onunla səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarının xeyrinə olacaq”,- səfir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər