13 Aprel 2023 15:42
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni tərəfinin son təxribatı bir daha onu göstərdi ki, Azərbaycanın artan gücü və Prezident İlham Əliyevin aparmış olduğu fəal diplomatiya bir sıra dövlətləri ciddi şəkildə narahat edir. Bu dövlətlər ümumiyyətlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Burada Avropa Ittifaqının “missiyası” adı altında Ermənistana yerləşdirilmiş qrupunun da niyyətini xüsusi ilə qeyd etmək olar. Çünki son təxribat fonunda həmin “missiya” Avropa İttifaqına, Avropa Birliyinə absurd hesabatlar verəcək, sərhəddə olan gərginlikdən danışacaqlar.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu cür təxribatlar və bunun fonunda verilən dezinfomasiyaların, absurd hesabatların əsas məqsədi Ermənistana Avropa Birliyinin hərbi qüvvələrinin yerləşdirilməsinə hesablanıb:

“Eyni zamanda bu cür təxribatlarla mümkün sülh müqaviləsinin imzalanmasının da qarşısını almaq niyyəti var. Fakt odur ki, Ermənistan bu gün öz-özünü idarə edə bilmir. Bu ölkə başqaları tərəfindən idarə edilir”.

Komitə sədrinə görə, Ermənistanda Avropa İttifaqının, Rusiyanın, Fransanın, İranın ayrı-ayrılıqda öz maraqları var:

“Onlar da öz maraqlarını həyata keçirir. Təəssüf ki, bütün bunların hamısı da Azərbaycana qarşı yönəlib. Təbii ki, buna qarşı Azərbaycanın öz mövqeyi var. Fakt isə odur ki, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi üçün komissiya yaradılıb. Amma sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərdən erməni tərəfi qaçır. Sülh də bunun fonunda qeyri-müəyən müddətə uzanmış olur. Həmçinin erməni tərəfinin təxribatları da burada başlıca rol oynayır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər