18 Aprel 2023 21:39
3 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstan Azərbaycanla strateji müttəfiqliyi gücləndirir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert iki ölkənin münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Alim Bayel ölkəsinin Azərbaycanda yeni səfiri təyin edilib. 1984-cü ildə Jambıl vilayətinin Taraz şəhərində doğulan Bayel Türkiyədə Orta Doğu Texniki Universitetini Biznesin idarə edilməsi ixtisası üzrə bitirib. Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini ABŞ-dakı Corc Vaşinqton Universitetində tamamlayıb.

Alim Bayel 2008-2012-ci illərdə özəl sektorda çalışıb. 2012–2014-ci illər ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının eksperti, həm də 2014-2015-ci illərdə Türk Akademiyasının Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru olub. Ölkəsində müxtəlif dövlət vəzifələrində çalışıdıqdan sonra 2018-2020-ci illərdə Qazaxıstanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə birinci katibi olub. Azərbaycanda fövqəladə və səlahiyyətli səfir postuna təyin olunmazdan öncə Alim Bayel Qazaxıstanın İstanbuldakı Baş konsulu vəzifəsində çalışıb”.

Elxan Şahinoğlu hesab edir ki, türk dünyasını yaxından tanıyan və Türkiyədə çalışan diplomatın Azərbaycana səfir təyin olunması Astananın Bakı ilə strateji müttəfiqliyi gücləndirməsindən xəbər verir:

“Türkiyədə təhsil alan və burada diplomatik fəaliyyət göstərən diplomatın Anadolu türkcəsində sərbəst danışması onun Azərbaycandakı işini də rahatladacaq, çalışdığı ölkənin rəsmiləri, diplomatları və vətəndaşlarıyla birbaşa ünsiyyət saxlamasına şərait yaradacaq.

Digər tərəfdən, yeni səfir Türkiyə-Azərbaycan-Qazaxıstan üçbucağının formalaşmasında çalışmalı, üç ölkə arasında enerji və nəqliyyat əməkdaşlığının genişlənməsində xüsusi rol oynamalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər