25 Aprel 2023 17:27
1 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əz ərazisinin giriş hissəsində, yəni Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratması sülh üçün də başlıca təsir deməkdir. Bu, qərarların qəbulu məsələsini bir qədər sürətləndirəcək. Ona görə də vaxtında və düzgün olaraq atılmış bir addımdır.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, burada kənardan səslənən fikirlərin heç bir əhəmiyyəti yoxdur:

“Çünki indiyə kimi bu cür qüvvələrin qeyri-konstruktiv mövqeyi mənasız inadkarlığı nəticəsində sülh əldə edilməyib. Həmçinin erməni tərəfi könüllü şəkildə bu addımları atmış olsa idi, bundan böyük siyasi fayda görmüş olardı. Sadəcə olaraq erməni tərəfi hələ də bunu anlamır”.

Politoloq bildirib ki, Qarabağda yaşayan ermənilərin müqəddəratı ilə bağlı iddialar yersizdir:

“Çünki Qərbdən, Rusiyadan Qarabağ erməniləri üçün istənilən hansısa status olduqca absurddur. Çünki status vermək adi bir iş deyil. Bu, ordu, qırıcı təyyarəyə, tanka-topa sahib olmaq deməkdir. Ona görə də bu mümkün olan məsələ deyil”.

Zərdüşt Əlizadə bildirib ki, əgər hansısa status üçün inadkarlıq edirlərsə, Ermənistan ərazisində yaşamış azərbaycanlıları öz ata-baba yurdlarına qayıtmasını təmin etməklə Qarabağda olan ermənilərlə onlara eyni hüquq vermək olar:

“Burada tərəflərin yanaşmasını eyniləşdirmək mütləqdir. Amma fakt odur ki, ermənilər bunu da qəbul etmir. Erməni tərəfi azərbaycanlıların o ərazilərə qayıtmasını milli faciə kimi qiymətləndirir. Bu da onların nəzəri, məntiqi yanaşmadan uzaq olduqlarını göstərir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər