28 Aprel 2023 00:26
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Skandinaviya və Baltikyanı ölkələrin səfirləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın Qafqaz ölkələri üzrə səfirliyinin "Twitter" hesabında paylaşım edilib.

Qeyd olunub ki, görüşdə Cənubi Qafqazda təhlükəsizlik və Orta Dəhlizin əhəmiyyəti müzakirə edilib.

Həmçinin NATO-Azərbaycan münasibətləridən də söhbət açılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər